Advertisement
PatrZDZ

Fiktiv Azerbaijan - ARB Media Group

Nov 12th, 2020
65
0
Never
Not a member of Pastebin yet? Sign Up, it unlocks many cool features!
text 16.08 KB | None | 0 0
  1. ARB Media Qrup - 2011-ci ildə regional telekanallar olan Kəpəz TV, ARB Şimal, ARB Cənub, ARB Şəki, EL TV və ARB 24 tərəfindən yaradılıb.
  2.  
  3. Birliyin məqsədi, regional televiziyaların efir, texniki və kadr imkanlarından birlikdə istifadə etməkdir. Bu, şirkətlərin resurslarının daha rasional bölüşdürülməsinə imkan verir, televiziya məhsullarının keyfiyyətini artırır, hər bir regional televiziya kanalına daha geniş yayım imkanları verir.
  4.  
  5. Region TV-nin istehsal etdiyi məhsulları ölkənin 60 rayonu daxil olmaqla 5 milyon Azərbaycan vətəndaşı izləyir. İstehsalat birliyinə daxil olan televiziya kanallarının yayımı Respublikanın böyük bir ərazisini əhatə edir.
  6.  
  7. 2013-cü ilin dekabr ayından 2014-cü ilin aprel ayına kimi Bakı şəhəri və Bakıətrafı qəsəbələrdə rəqəmsal yayımda hər gün bir kanal olmaqla izləmək mümkün idi.
  8.  
  9. 2014-cü ildə Milli Televiziya və Radio Şurasının keçirdiyi tenderdən qalib çıxmış, Bakı şəhərində açılacaq telekanal üçün lisenziya almışdır.
  10.  
  11. ===
  12. Azerbaijan Republic Broadcaster və ya qısaca ARB — 10 may 2014-cü il tarixində Bakı şəhərində yayıma başlayan 10-cu ümumrespublika televiziya kanalı.
  13.  
  14. 14 mart 2014-cü il tarixində "ARB" televiziya şirkəti Milli Televiziya və Radio Şurasının keçirdiyi tenderin nəticələrinə əsasən Azərbaycan üzrə yayım hüququ əldə edib. Beləliklə də, ölkə üzrə yayımlanan ümumrespublika televiziya kanallarının sayı 10-a çatıb.
  15.  
  16. "ARB" televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə), ARB Şimal (Xaçmaz), ARB Cənub (Lənkəran), EL TV (Yevlax), ARB Şəki (Şəki) və ARB 24-ün (Bakı) birgə yaratdığı Azərbaycanda ilk televiziya şəbəkəsidir.
  17.  
  18. "ARB" Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanır. Bölgələrdə isə yayım regional telekanalların - ARB Kəpəz, ARB Şimal, ARB Cənub, ARB Aran və ARB Şəki-nin siqnalları vasitəsilə həyata keçirilir. Açıq yayımla yanaşı ARB, Azərbaycanın ilk peyki olan Azerspace 1-in Avropa seqmentində, kabel televiziyası və internet şəbəkəsi vasitəsilə də yayımlanır.
  19.  
  20. "ARB"-nin yayım və proqram mərkəzi Kəpəz TV-in bazasında yaradılıb və Gəncə şəhərində yerləşir. Mərkəzi xəbər aparatı Azərbaycanın xəbər kanalı - ARB 24-ün əsasında yaradılıb. "ARB"-də yayımlanacaq bütün veriliş və buraxılışlar həm regional telekanallarda, həm də Bakıda yerləşən xüsusi telestudiyada hazırlanır. "ARB"-nin əsas istiqaməti ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatının işıqlandırılması, habelə Azərbaycanın bölgələrinə xüsusi diqqət ayırmaqdır. Telekanalın əsas proriteti MTRŞ-nın elan etdiyi müvafiq tenderin şərtlərində də olduğu kimi ölkənin regionları ilə bağlı daha dolğun məlumatların çatdırılmasıdır.
  21.  
  22. Test yayımı müddətində mərkəzi Gəncə şəhərində olan musiqili kanal ARB Ulduz-u yayımlamışdı. 18 aprel 2014-cü il tarixindən etibarən Ailə TV kabel televiziyasından da yayımlanır.
  23.  
  24. 4 may 2014-cü il tarixində isə "ATV Plus" kabel televiziyasının sosial paketinə əlavə edilərək pulsuz yayıma keçmişdir. Daha sonra isə "Azerspace-1" peykində şifrəsiz yayıma keçmişdir.
  25.  
  26. 14 sentyabr 2015-ci il tarixində isə tamamilə 16:9 formatlı təsvir yayımına keçmişdir.
  27.  
  28. 19 sentyabr 2016-cı il tarixində "Region TV" olan telekanalın adı dəyişdirələrək "ARB" olmuşdur.
  29.  
  30. ARB Xəbər
  31. Bazar ertəsi - Cümə: 11:30, 13:30, 15:30, 18:30, 20:00, 22:00
  32. Şənbə - Bazar: 13:30, 15:30, 18:30, 20:00
  33. Həftə içi hər gün ölkə və dünya gündəmində baş verən ən son xəbərlərlə qarşınızda olan "ARB Xəbər".
  34.  
  35. Günə Doğru
  36. Bazar ertəsi - Cümə: 07:30
  37. "Günə Doğru" proqramında aktual sosial-ictimai mövzulara toxunulur. Bununla yanaşı aparıcılar sosial mediada dərc olunan gündəmin ən aktual xəbərlərini önə çəkir. Həmin mövzular ətrafında araşdırma süjetləri hazırlanır, ekspert və mütəxəssislərin rəyi öyrənilir. Qaynar xəttə gələn zəng və müraciətlər dinlənil və canlı efirdə operativ olaraq aidiyyatı qurumların məsul əməkdaşları ilə telefon bağlantıları yaradılır. Problemin həlli istiqamətində operativ addımlar atılır. Bundan başqa, tamaşaçılar sosial şəbəkələr vasitəsi ilə də müraciət edə bilirlər. Təbii fəlakət, eksklüziv hadisə, gündəmə gələn maraqlı faktla bağlı, bir sözlə, ən aktual xəbərləri operativ şəkildə tamaşaçılara çatdırmaq üçün “Günə doğru” xüsusi buraxılışlarla da efirə çıxır.
  38.  
  39. ===
  40. ARB 24 — 2017-ci il dekabrın 28-də Milli Televiziya və Radio Şurasının iclasında daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Türkel TV” MMC ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında) müsabiqənin qalibi elan edilib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
  41.  
  42. ARB 24 1 iyun 2010-cu ildən "Türkel" adı ilə fəaliyyətə başlayıb. Azərbaycanın ən iri regional yayımçılarından biri idi. Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Goranboy, Samux, Dəliməmmədli, Daşkəsən, Naftalan, Yevlax, Mingəçevir, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Ağdaş, Ucar, Göyçay, Ağsu, Bərdə, Tərtər, Kürdəmir rayonlarında və Gürcüstanın Borçalı, Marneuli, Qardabani, Dmanisi ərazisi daxil olmaqla yayımlanır. 3 milyona qədər auditoriyaya malik idi. Həftəlik yayımın ümumi həcmi 112 saat idi.
  43.  
  44. Şirkətdə 5 departament fəaliyyət göstərirdi: İnzibati, Maliyyə, Yayım (buraya üç şöbə daxil idi: Efir və Arxiv şöbəsi, İnformasiya və analitika şöbəsi, Yaradıcılıq şöbəsı), Texniki və SƏTƏM departamenti.
  45.  
  46. Şirkət 720 kv.m. həcmində pavilyona sahibdir. ARB 24-də virtual dekorasiyalar üçün avadanlıq və "Cinegy" şirkətinin təqdim etdiyi yeni rəqəmsal yayım avadanlığı quraşdırılmışdı.
  47.  
  48. Mədəniyyət yönümlü klassik bir televiziya kanalı olan "ARB 24"-ün əsas məqsədi - maarifləndirmək, məlumatlandırmaq və izləyicilərə mədəni əyləncə təklif etmək, tamaşaçıda yüksək mənəvi zövqü formalaşdırmaqdır. Qısa müddət ərzində çoxsaylı tamaşaçı auditoriyası qazanmışdır.Bu da,əlbəttə ki,şirkətdə aparılan düzgün kadr islahatı, entuziazm və burada çalışan insanların televiziya peşəsinə olan sevgisindən,"peşəkar" adını qazanmaq, kamilliyə can atmaq, yorulmadan çalışmaq və nəticədə tamaşaçı sevgisinə layiq olmaq istəyindən irəli gəlir. Mehriban,vahid bir ailə olan "ARB 24" kollektivi əsasən gənclərdən ibarətdir. Bu da, öz növbəsində,bir televiziya şirkəti üçün çox vacib olan bitib-tükənmək bilməyən yeni ideyalar,möhtəşəm layihələr deməkdir.
  49.  
  50. Hər bir şirkətin dəqiq PR-xətti – onun müvəffəqiyyətinin göstəricisi və zəmanətidir. Qədim oğuz türklərinin eli olan Tovuz və ümumilikdə Gəncəbasar mahalı - Azərbaycanın Qərb bölgəsi, hər zaman qonaqpərvər, sazlı –sözlü,dostcanlı olub. Bu yerlərin mərdlik abu-havasını özündə cəmləndirən "ARB 24"– ün PR - xətti də (şirkətin istiqaməti,imici) – vətənpərvərlik, xalqlar dostluğu, sülhsevərlik, sağlam həyat tərzinə çağırışdır. Şirkət Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri ilə əməkdaşlıq edir və həmin ölkələr haqqında videoməhsulu öz efir məkanında yerləşdirirdi.
  51.  
  52. 10 aprel 2015-сi il tarixindən etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanır.
  53.  
  54. 14 sentyabr 2015-ci il tarixində isə "Region TV" ilə birlikdə "16:9" təsvir formatında yayıma keçmişdir.
  55.  
  56. 19 sentyabr 2016-cı il tarixində "Türkel TV" olan telekanalın adı dəyişdirilərək "ARB 24" olmuşdur.
  57.  
  58. 28 dekabr 2017-ci ildə “ARB 24” Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) müsabiqədə qalib gəlib. Digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Türkel TV” MMC-yə ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında) 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
  59.  
  60. 24 sentyabr 2018-ci ildə Tovuz şəhərində fəaliyyət göstərən telekanalın regional yayımı müvəqqəti olaraq dayandırılıb. Buna səbəb, oktyabrın 1-dən ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı kimi fəaliyyət göstərməsi olacaq idi. Məsələ ilə bağlı "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli açıqlama vermişdi: "Kanalın efir mərkəzinin və yayımının paytaxt Bakıya köçürülməsi ilə əlaqədar olaraq, yayım avadanlıqları üzərində texniki işlər aparılması zərurəti yarandığından, ARB 24 telekanalının Tovuz şəhərindəki yayımı müvəqqəti olaraq dayandırılıb. ARB 24 yaxın günlərdə Bakı şəhərində qurulan yeni yayım mərkəzindən efirə çıxacaqdır. Bu texniki yenilənmələrdən başqa kanalın yayımı və fəaliyyəti ilə bağlı heç bir problem yoxdur. Biz yenə də böyük tamaşaçı auditoriyamıza ən yüksək səviyyədə informasiya buraxılışlarını təqdim etməyə davam edəcəyik".
  61.  
  62. Kanalın icraçı direktoru Nadir Şəfiyevlə bağlı mətbuatda dərc olunan məulmatlarla bağlı isə onu bildirmək istəyirlərdi ki, Nadir Şəfiyev öz xahişi ilə işdən çıxıb. Onun vəzifəsinin icrası isə Radik İsmayılova həvalə olunub".
  63.  
  64. Nəhayət, 8 oktyabr 2018-ci il saat 15:00-da 2 həftə ərzində aparılan texniki işlərdən sonra yayım bərpa edilib. ARB 24-ün Tovuzda yerləşən mərkəzi binası və texniki avadanlıqları Bakıya köçürülüb. İxtisaslaşmış ilk ümumrespublika xəbər kanalı kimi fəaliyyət başlayıb.
  65.  
  66. 12 noyabr 2018-ci ildə Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış telekanal ARB 24 daxili test yayımına çıxıb. Həmin gün "ARB Media Qrup"un strateji inkişaf direktoru İsmayıl Həsənov bildirib ki, kanal artıq fəaliyyətə başlamağa tam olaraq hazır idi, sadəcə xüsusi ekspert qrupu bir həftə ərzində televiziyanı daxili test yayımında izləyəcək, yekun rəydən sonra telekanal geniş auditoriyaya təqdim ediləcəkdi.
  67.  
  68. Nəhayət, 27 noyabr 2018-ci il saat 08:00-də Bakı Teleqüllə Kompleksindən “ARB 24” TV proqramının DVB-T standartında Full HD formatlı yayımına başlanılıb.
  69.  
  70. Azərbaycanın ilk biznes-xəbər kanalı kimi fəaliyyətə başlayan “ARB 24” telekanalı 24 saat ölkə və dünyanın xəbər mühiti, xüsusilə iqtisadi sahədə baş verən bütün yenilikləri tamaşaçılara təqdim edir. Günün iqtisadi gündəmi müxtəlif canlı verilişlərdə müzakirə edilməklə yanaşı, ölkə və dünya birjalarında baş verən proseslər, hadisələrin valyuta bazarına təsirləri barədə yerli və xarici mütəxəssislərlə təhlillər aparılır.
  71.  
  72. Bununla yanaşı canlı bağlantılarla İstanbul, London, Nyu-York birjalarında baş verən ən son yeniliklər, həmin birjalarda çalışan “ARB 24”ün daimi ekspertləri vasitəsi ilə tamaşaçıların diqqətinə çatdırılır. Bu canlı bağlantıların həyata keçirilməsinə görə, telekanalımız SOCAR Capital MMC-yə xüsusi təşəkkür edir.
  73.  
  74. “ARB 24” həmçinin Reuters, Bloomberg, APTN, İHA kimi dünyanın böyük media agentlikləri ilə əməkdaşlığa başlayıb. Telekanalın efirində yayımlanan müxtəlif məzmunlu buraxılış və verilişlərdə bu agentliklərin məhsullarından istifadə edilir.
  75.  
  76. Ölkənin ilk biznes yönümlü informasiya telekanalı olan “ARB 24” bununla yanaşı mütəmadi olaraq bir çox dövlət və özəl qurumları ilə də sıx əməkdaşlıq edir. Canlı bağlantılarla “ASAN Xidmət” mərkəzlərinin gündəlik əməliyyatları barədə statistik məlumatlar verilir. “ARB 24” Bakı Fond Birjası, Mərkəzi Bank və digər ölkə iqtisadiyyatının idarə olunmasında mühüm rolu olan qurumlarla da birgə layihələrin icrası ilə bağlı iş aparır.
  77.  
  78. Xüsusilə iqtisadi və biznes sahəsində çalışan şəxslər zamanlarını olduqca dəyərli hesab edirlər. Məhz bu səbəbdən “ARB 24” telekanalı “Vaxtımız dəyərlidir” şüarı ilə bu sahədə çalışan peşəkarlara dəqiq və operativ informasiya ötürməyi və onların vaxtını daha da dəyərləndirməyi öz üzərinə götürür.
  79.  
  80. ===
  81. ARB Günəş — "Günəş TV" adıyla fəaliyyətə başlayan, Azərbaycannın ilk uşaq televiziya kanalıdır.
  82.  
  83. Azərbaycanın ilk uşaq televiziya kanalı olan “ARB Günəş” 1 aprel 2015-ci il tarixindən etibarən peyk yayımına başlayıb.Bir neçə əməkdaşla işə başlayan telekanal qısa zaman ərzində kollektivi ilə yanaşı, efir proqramını da genişləndirə bilib.
  84.  
  85. Hazırda “ARB Günəş”in efir proqramına müxtəlif cizgi filmləri ilə yanaşı, 12 uşaq verilişi də daxildir. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən televiziyanın yayımında şiddət, pis vərdişlər aşılayan cizgi filmi və kadrlara yer verilmir.
  86.  
  87. MTRŞ-nin qərarı ilə 2011-ci ildə “ARB Günəş”ə yayım lisenziyası verilib.
  88.  
  89. "ARB Media Qrup"un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixinədək "Günəş TV" adlandırılıb. Qeyd olunan tarixdən etibarən isə brendini "ARB" brendinə uyğun şəkildə yeniləyərək "ARB Günəş" adı ilə fəaliyyətini davam etdirməkdədir.
  90.  
  91. ===
  92. ARB Ulduz — 2001-ci ildə "Alternativ TV" adıyla Gəncə şəhərində yayıma başlayan televiziya kanalı.
  93.  
  94. "Alternativ-Tele-Radio" MMC 5 yanvar 2001-ci il tarixdə Gəncədə təsis edilmişdir. Alternativ TV 15 mart 2001-ci il tarixdən ilk dəfə efirə çıxmışdır. 18 aprel 2001-ci il tarixdən 6 saatlıq efir rejiminə keçmişdir. 1 iyul 2002-ci il tarixdən etibarən efir vaxtı 14 saatadək artırılmışdır. Məqsəd Gəncə şəhəri və ətraf rayonların tamaşaçılarına cizgi, bədii və sənədli filmlər, musiqi və yerli xəbərləri əks etdirən "Xəbər+" informasiya proqramı və digər verilişləri nümayiş etdirməkdir. "Alternativ-Tele-Radio" MMC-nin təsisçisi Tarquliyev Hikmət Cəfər oğludur. Ümumi efir vaxtının 39 faizini ölkədə istehsal olunan proqramlar, 46 faizini xaricdə istehsal olunan proqramlar, 15 faizini şəxsi istehsal proqramları təşkil edirdi. Daha sonra isə formatı dəyişdirilmiş və efir 24 saatlıq efir rejiminə keçmişdir. 2013-cü ildə formatı dəyişdirildikdən sonra Azərbaycanın ilk musiqi telekanalı olmuşdur. 2014-cü ilin mart ayından may ayına kimi ARB-nin test yayımı vasitəsilə Azerspace-1 peykində, KATV1, Ailə TV, ATV Plus kabel televiziyalarında yayımlanmışdı. 2015-ci ilin mart ayında loqosunu dəyişdirmiş və 16:9 formatlı yayıma keçmişdir. 18 mart 2015-ci il tarixindən etibarən isə Azerspace-1 peyki vasitəsilə yayımlanır.
  95.  
  96. 19 sentyabr 2016-cı il tarixində "Alternativ TV" olan telekanalın adı dəyişdirələrək "ARB Ulduz" olmuşdur.
  97.  
  98. ===
  99. "Kəpəz" FM — mərkəzi Gəncə şəhərində olan radio kanalı.
  100.  
  101. Kəpəz FM 5 fevral 2013-cü il tarixində yayıma başlamışdır. Gəncə və ətraf rayonlarda 93.3 MHz tezliyində yayımlanır. Həmçinin radionu Azerspace-1 peykindən və rəsmi saytından da dinləmək olar. Peykdəki yayım tezliyi: 11135 MHz, H, SR: 27500, FEC: 5/6
  102.  
  103. Milli Televiziya və Radio Şurasının 21 dekabr 2012-ci il tarxili qərarına əsasən "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC-yə Gəncə və ətraf ərazilərdə regional radio yayımı müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
Advertisement
Add Comment
Please, Sign In to add comment
Advertisement