Advertisement
PatrZDZ

Fiktiv Azerbaijan - Media Holding

Nov 12th, 2020
253
0
Never
Not a member of Pastebin yet? Sign Up, it unlocks many cool features!
text 5.78 KB | None | 0 0
  1. Lider TV — 1 sentyabr 2000-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri.
  2.  
  3. Lider TV 1 sentyabr 2000-ci ildə fəaliyyətə başlamışdır. "Lider Tv&Radio-Azərbaycan" MMC-nin nəzdində fəaliyyət göstərən telekanalın əsas meyarı özəl, peşəkar və rəngarəng proqramların hazırlanmasıdır. 30 avqust 2001-ci ildən Lider televiziyası dünya teleməkanına daxil olaraq, dünyaya yayımlanmağa başlamışdır.
  4.  
  5. Lider TV klip yayımına görə ölkədə ilk yerlərdə idi. Yeni çəkilmiş hit klipləri tez-tez Lider TV-nin efirində görmək olurdu.
  6.  
  7. 2003-cü ildə Lider TV ilə Fransanın "Canal France International (CFI)" şəbəkəsi arasında tərəfdaşlıq müqaviləsi imzalandı. Müqaviləyə əsasən "CFI" Lider TV-nin həftəlik yayımının 19 saatını öz proqramları ilə təmin edirdi.
  8.  
  9. Telekanal həmçinin Azərbaycan Premyer Liqasının, İngiltərə Premyer Liqasının, Fransa Liqa 1-in, UEFA Çempionlar Liqasının, UEFA Avropa Liqasının, UEFA Superkubokunun, 2004, 2008-ci illərin Olimpiya oyunlarının, FIFA 2006 və FIFA 2010 Kuboklarının oyunlarını canlı yayımlamışdır.
  10.  
  11. 1 sentyabr 2010-cu il tarixində 10 illik loqotipini dəyişdirmişdir. 1 aprel 2011-ci il tarixindən etibarən Rusiyanın "NTV Plus" kabel televiziyasında yayımlanırdı.
  12.  
  13. 15 yanvar 2016-cı il tarixində "Azerspace-1" peykində HD sınaq yayıma başlamışdır. Lakin bu yayım 1 aydan sonra dayandırıldı.
  14.  
  15. 8 yanvar 2019-cu ildə qismən 16:9 geniş ekran formatlı yayıma keçmişdir.
  16.  
  17. Səda
  18. Bazar ertəsi - Bazar: 10:00, 13:00, 15:00, 17:00, 19:00, 21:00, 00:00
  19. Ölkədə və dünyada baş verən mühüm hadisələrdən xəbər verən gündəlik informasiyalı veriliş. Siyasət, iqtisadiyyat, cəmiyyət, mədəniyyət, idman sahəsində baş verənləri Liderin televiziya tamaşaçılarına operativ surətdə və ən dəqiq məlumatları çatdırırıq, xüsusi müxbirlərimizdən və informasiya agentliklərindən aldığımız informasiya ilə tanış edirik. «Səda» informasiya proqramı (bundan sonra proqram) həftənin 7 günü ölkəmizdə və dünyada baş vermiş ictimai-siyasi, iqtisadi, mədəni prosesləri geniş tamaşaçı auditoriyasına təqdim edir.
  20.  
  21. Yеni səhər
  22. Bazar ertəsi - Cümə: 07:00
  23. Özünəməхsus dəstiхətti ilə sеçilən Lidеr kаnаlı аrtıq bir çохlаrının həyаt tərzinə çеvrilib. Hər zаmаn tаmаşаçılаrını yеni yеni lаyihələrlə təcübləndirən bu kаnаl yеni ildə də оnlаrı intizаrdа qоymаyıb tаm fərqli şəkildə, yеni vеrilişlərlə sеyircilərinin görüşünə gələcək. Səhərlər yuхudаn оyаnаrkən sоn yеnilikləri öyrənmək, infоrmаsiyа аlmаq üçün, аdətən səhər prоqrаmlаrınа mürаciət еdirik. Bunu nəzərə аlаn lidеrçilər yеnidən bоl-bоl məlumаtlа, ölkədə və хаricdə bаş vеrən siyаsi iqtisаdi хəbərlərlə еyni zаmаndа əyləncə ilə, mаrаğlı qоnаqlаrlа zəngin оlаn səhər prоqrаmını hər səhər tаmаşаçılаrın iхtiyаrınа vеrir.
  24.  
  25. ===
  26. Lider Jazz FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio.
  27.  
  28. «Lider Jazz FM» Radiosu 15 noyabr 1999-cu il tarixdən 107 FM dalğasında yayımlanır. İlk səslənən musiqi "Eagles" qrupunun "Hotel California" mahnısı olub. 1 yanvar 2004-ci ildən etibarən isə "jazz" formatında yayımlanmağa başladı. Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2011-ci il tarixli qərarı ilə «Lider Tv və Radio-Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır.
  29.  
  30. ===
  31. Bizim Əsr — İctimai-siyasi qəzet. 1999-cu il may ayının 5-də yaradılıb. Təsisçisi Media Holdinq şirkəti idi.
  32.  
  33. "Bizim Əsr" qəzetinin ilk sayı 1999-cu il mayın 5-də işıq üzü görmüşdür. İlkin mərhələdə həftədə iki dəfə olmaqla 16 səhifə həcmində çıxan qəzet bir neçə aydan sonra dövriyyəsini artırmış və həmin ilin oktyabr ayının 1-dən həftədə üç dəfəyə keçmişdir.
  34.  
  35. Qəzet səhifələrində həm respublikamızda, həm də bütövlükdə dünyada baş verən siyasi, ictimai hadisələrə, əhalinin sosial-iqtisadi durumuna, mədəniyyət qurumlarına və onların fəaliyyətinə, şou-biznesə, idmana aid xəbərlər və əsaslı məqalələr yerləşdirmiş, oxucu auditoriyasının maraq dairəsini öyrənməyə və əhatələməyə çalışmış, yeni və rəngarəng rubrikalar açmışdır. Oxucu təlabatını lazımınca ödəmək üçün bu müddət ərzində "Bizim Əsr" öz potensialından istifadə etmişdir.
  36.  
  37. 2001-ci ilin 1 sentyabrından isə "Bizim Əsr" dövriyyəsini bir qədər də genişləndirmiş və gündəlik nəşrə keçmişdir. Qəzet səkkiz səhifə həcmində həftədə 6 dəfə nəşr olunmaqla eyni zamanda formatını dəyişmiş, sanbalını, səviyyəsini artıraraq, yeni dizayn və yeni rubrikalarla oxucuların görüşünə gəlmişdir.
  38.  
  39. ===
  40. Nash vek — həftəlik ictimai-siyasi rus dilində qəzet. Təsisçisi Media Holdinq şirkəti idi. Ýlk dəfə 5 iyun 1999-cu il tarixində çapdan çýxýb. Hal-hazýrda qəzet həftədə bir dəfə hər cümə günləri 9000 nüsxə ilə nəþr olunur.
  41.  
  42. ===
  43. Our Country — ictimai-siyasi ingilis dilində qəzet. Təsisçisi Media Holdinq şirkəti idi. Həftədə iki dəfə çýxýr. 2000-ci ilin fevralýn 16-da ilk nömrəli çapdan çýxýb. Qəzet həftənin çərþənbə günləri 3000 nüsxəlik tirajla çýxýr.
  44.  
  45. Qəzet Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik missiyalarýna, əcnəbi þirkətlərə, 3*, 4* və 5* mehmanxalarýna, ölkənin təhsil muəssisələrinə və həmçinin "Azal"ýn təyyarələrinin sərniþinlərinə pulsuz paylanýr.
Advertisement
Add Comment
Please, Sign In to add comment
Advertisement