Advertisement
PatrZDZ

Fiktiv Azerbaijan - SOCAR Media

Nov 12th, 2020
102
0
Never
Not a member of Pastebin yet? Sign Up, it unlocks many cool features!
text 9.82 KB | None | 0 0
  1. Xəzər Televiziyası – 2 oktyabr 2007-ci il tarixində fəaliyyətə başlayan televiziya kanalı.
  2.  
  3. 2007-ci ilin sentyabr ayında MTRŞ-nın iclası keçirildi. İclasda MTRŞ-nın sədri çıxış edərək bildirdi ki, oktyabr ayında Xəzər Televiziyası fəaliyyətə başlayacaq. 2007-ci ilin oktyabrın 2-də artıq bəzi media qurumları axşam saat 8-də Televiziyanın yayıma başlayacağı xəbərini verirdilər. 2 oktyabr 2007-ci il tarixdə saat 20:00-da Xəzər TV-nin yayımı başladı. Yarım saat ərzində efirdə Xəzər TV-nin loqosu və introları yayımlandı. 20:30-da isə "Gündəm" adlı veriliş başladı. Verilişin qonağı MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli idi. Həmin gün telekanalın yayımı saat 01:30-a qədər davam etdi. Loqotip məsələsində qərarsızlıq var idi. Sadəcə "Xəzər" yazısı, yoxsa "Xəzər TV" yazısı olsun deyə müzakirələr gedirdi.
  4.  
  5. Hazırda yayım Azerspace-1 peyki ilə, Azərbaycanın bütün kabel televiziyaları vasitəsilə davam edir.
  6.  
  7. Qərargahı ilk vaxtlarda Yasamal rayonundakı Zahid Xəlilov küçəsində idi. Daha sonra Atatürk prospekti 28 ünvanındakı binaya köçürüldü. 2015-ci ilin dekabr ayının 30-da isə Xətai rayonu, Nobel prospektində Televiziyanın özünə məxsus binaya köçürüldü. Bina 10 mərtəbədən, 265 otaqdan ibarətdir.
  8.  
  9. Xəzər TV 29 yanvar 2016-cı il tarixdə (16:9) HD təsvir formatlı yayıma keçmişdir. Həmin ilin fevral ayının 2-də isə xəbər studiyasını yeniləmişdir. Kanal 4 sentyabr 2016-cı ildə loqotipini dəyişmişdir. 19 Sentyabrda isə xəbər studiyasını bir daha yeniləmiş və yeni yayım dönəminə başlamışdır.
  10.  
  11. Xəzər Xəbər
  12. Bazar ertəsi - Cümə: 13:00, 15:00, 17:00, 21:00, 23:00
  13. Şənbə - Bazar: 15:00, 21:00
  14. Gündəmdəki ən önəmli başlıqlar, başlıqların arxa plandakı detalları, ən doğru xəbər, hər axşam Xəzər Xəbərdə... Günü və gündəmi hər yönüylə ekranlarınıza yansıdan Xəzər Xəbər...
  15.  
  16. Xəzər səhər
  17. Bazar ertəsi - Cümə: 08:00
  18. Hər gün saat 08:00-dan 11:00-dək gününüzü bizimlə bölüşün... Keyfiyyətli musiqi, operativ xəbəerlər, dünyada və ölkədə baş verənlər, gündəlik qəzetlərin xülasəsi, maraqlı qonaqlar və mövzular... Axtardığınız hər şey - Gün başlar-başlamaz sizinlə...
  19.  
  20. ===
  21. Dalğa TV — SOCAR Media ictimai birliyinin nəzdində fəaliyyət göstərən, Azərbaycanın ilk film və serial kanalı.
  22.  
  23. 14 noyabr 2017-ci ildə Milli Televiziya və Radio Şurasının iclasında "Dalğa TV"-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. İclasda Dalğa TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib. 20 noyabr 2017-ci ildə Dalğa TV "Azerspace-1" peyki ilə test yayımına başladı. Həmin test yayımı müddətində yalnız filmlər göstərilirdi.
  24.  
  25. 4 dekabr 2017-ci il saat 17:00-da əsas yayıma başladı. "Dalğa TV"-də dünyanın tanınmış kinostudiyalarının istehsal etdiyi bədii filmlər, eləcə də yerli seriallar yalnız Azərbaycan dilində yayımlanır.
  26.  
  27. "Dalğa TV" dünyanın digər kinoşirkətləri ilə əməkdaşlıq edir. Həmin şirkətlərin məhsulları olan film və seriallar azərbaycan dilinə dublyaj olunmaqla yayımlanır.
  28.  
  29. Hazırda kanalın yayımı "Azerspace-1" peyki, eləcə də Azərbaycanın bütün kabel televiziyaları və Dalğa TV-nin rəsmi saytı olan "dalga.az" üzərindən həyata keçirilir.
  30.  
  31. 1 avqust 2020-ci ildən etibarən "Dalğa TV"-nin yayım keyfiyyətinin artırılması məqsədilə MPEG-4 formatına keçib.
  32.  
  33. ===
  34. CBC Sport — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış idman kanalı.
  35.  
  36. 2015-ci ildə Azərbaycan Premyer Liqasının yayım hüquqları AzTV və İdman Azərbaycan telekanallarına verilmədi. Əvəzində liqanın yayım hüququ üçün müsabiqə elan olundu. CBC kanalı bu müsabiqədən qalib çıxaraq növbəti 3 il ərzində Azərbaycan Premyer Liqasının yayım hüquqlarını əldə etdi. Lakin "CBC" telekanalı əsasən əcnəbi dildə fəaliyyət göstərdiyinə görə yeni idman kanalının açılması zərurəti yarandı. Beləliklə, CBC Sport kanalı 9 avqust 2015-ci ildə internet yayımına başladı. 1 oktyabr 2015-ci ildə isə test yayımına keçdi. 1 noyabr 2015-ci il tarixində əsas yayıma keçid edən telekanal İdman TV-dən sonra ölkənin 2-ci idman kanalı oldu. 8 sentyabr 2015-ci il tarixində Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin ilin dekabr ayının 21-də qanuna edilmiş dəyişikliyə əsasən lisenziya müddətsiz hesab edilir.
  37.  
  38. ===
  39. CBC (Caspian Broadcasting Company) - 10 aprel 2013-cü il tarixində telekanalı əsasında yaradılaraq yayıma başlayan beynəlxalq televiziya kanalı. 9 may 2014-cü il tarixindən etibarən ATV Plus kabel televiziyasında yayımlanır. 2015-ci ildə Futbol üzrə Azərbaycan çempionatı 2015/2016 mövsümünün yayım hüququnu əldə etmişdir. 9 avqust 2015-ci il tarixində "Neftçi - Kəpəz" oyunu ilə yayıma start verdi. Yayım Azərbaycan dilində həyata keçirilir. Həmçinin həmin gün "CBC Sport" adlı qardaş kanalı da yayıma başladı.
  40.  
  41. CBC telekanalı öz tamaşaçılarına hadisələrin obyektiv qiymətləndirməsini, əhatəli proqramlarını təqdim edir. Ən əsası isə, CBC bunu üç dildə - Azərbaycan, rus, və erməni dillərində edir. Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC yüksək enerji ilə start götürərək ölkəmizin uğurları, problem və nailiyyətləri haqqında bütün dünyaya məlumat çatdırmaqdadır. Telekanal fasiləsiz olaraq yayımlanır və yayım sahəsi Rusiyanın Avropa hissəsindən tutmuş Hindustan yarımadasına kimi, Balkan yarımadasından Çinin şərq sahillərinədək geniş ərazini əhatə edir. CBC-nin üç redaksiyasının hər birində yayım dilinin xüsusiyyətlərinə uyğun olaraq xəbərlərin seçimində vahid sistem tətbiq olunur. Redaksiya siyasətimiz - hadisələrə qiymət vermədən, olay tərəflərinin hər birinin fikrini təqdim etməkdən ibarətdir. CBC-nin yaradıcı və texniki potensialı ən müxtəlif janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir. Məqsədimiz – hər bir tamaşaçıya özünün şəxsi fikrini formalaşdıra bilmək üçün materialı cəld və keyfiyyətli surətdə təqdim etməkdir.
  42.  
  43. ===
  44. Xəzər FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio.
  45.  
  46. “Xəzər” radiosu 2007-ci ildə yaradılmışdır. İlk dəfə 10 may 2008-ci il tarixdə fəaliyyətə başlamışdır. Xəzər radiosu 103 FM dalğasında yayımlanır.
  47.  
  48. Milli Televiziya və Radio Şurasının 14 sentyabr 2007-ci il tarixli qərarı ilə “Xəzər TV” Məhdud Məsuliyyətli Cəmiyyətinə radio yayımı müddətində xüsusi razılıq (lisenziya) verilmışdir.
  49.  
  50. Xəzər FM radiosu 103 FM dalğasında yayımlanır. Xəzər FM radiosunun efirində səsləndirilən musiqilərin 60 faizini retro, qalan hissəsini isə müasir ifaçıların musiqiləri təşkil edir.
  51.  
  52. ===
  53. Bürc FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio.
  54.  
  55. «Bürc FM» Radiosu 14 fevral 1998-ci il tarixdə yaradılmışdır. 25 iyun 1998-ci il tarixdən Bakı şəhəri və onun ətrafında yayımlanır. «Bürc FM» Radiosu 100.5 FM dalğasında yayımlanır.
  56.  
  57. Milli Televiziya və Radio Şurasının 02 sentyabr 2011-ci il tarixli qərarı ilə «Burc FM LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti uzadılmışdır.
  58.  
  59. Azərbaycanın efir məkanında özünəməxsus yer tutmuş "Burç FM" radiosu Azərbaycan dövlətinin razılığı və xeyir-duası ilə 4 ildir ki ölkəmizdə fəaliyyət göstərir. Ötən dövr ərzində öz yayım işini müasir dünyanın radio sənətkarlığı səviyyəsində qurmağı qarşısına məqsəd qoymuş və bu məqsədə qismən də olsa nail olmuş "Burç FM" hər gün 17 saatlıq efir vaxtını canlı aparıcı verilişləri, o cümlədən dünya, türk və Azərbaycan musiqisindən ibarət proqramlar arasında bölüşdürür. Ümumi yayım yükünün əsas hissəsini türk və Azərbaycan musiqisinin təşkil etdiyi bu radionu xalq arasında sevdirən əsas məziyyətlərdən biri, bəlkə də birincisi onun milliliyi, varlığının və fəaliyyətinin yerli mentalitetə uyğunluğudur.
  60.  
  61. ===
  62. Araz FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio.
  63.  
  64. Araz FM – 4 aprel 2011-ci il tarixində fəaliyyətə başlayıb, 103.3 MHz tezliyində yayımlanır. Milli Televiziya və Radio Şurasının 18 yanvar 2011-ci il tarixli qərarı ilə “ARAZ” MMC-yə radio yayımı müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
  65.  
  66. 4 aprel 2011 ci ildən etibarən biz efirdəyik! Şübhəsiz Araz FM ölkənin məşhur radio stansiyalarindan biridir. 9 illik efir həyatı, yüz minlərlə ölçülən dinləyici ordusu , minlərlə uğurlu reklam kampaniyaları, səmimiyyəti ilə seçilən radio şoular gənc kollektivimizin əməyinin bəhrəsidir. Bizim əsas auditoriyamız fəal həyat tərzi sürən, yüksək alıcılıq qabiliyyətinə malik dinləyicilərdir. Dəyişməyən yüksək reytinq göstəriciləri isə bizə maksimal dinləyici kütləsini əhatə etməyə imkan verir. Efirdə səsləndirdiyimiz musiqi daxili və xarici şou biznes aləminin ən kefiyyətli nümunələridir. Sizin musiqi zövqünüz etibarlı əllərdədir. Ünvanımız bütöv Azərbaycan!
Advertisement
Add Comment
Please, Sign In to add comment
Advertisement