Advertisement
PatrZDZ

Fiktiv Azerbaijan - Azerbaijan TV and Radio Programme Society

Nov 12th, 2020
158
0
Never
Not a member of Pastebin yet? Sign Up, it unlocks many cool features!
text 23.14 KB | None | 0 0
  1. Azərbaycan Televiziyası və ya qısa adı ilə AzTV— Azərbaycanın ilk milli televiziya kanalı. Mənzil qərargahı Bakı şəhərindədir və Avropa Yayım İttifaqının üzvüdür.
  2.  
  3. Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi.
  4.  
  5. Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu. 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi.
  6.  
  7. 1956-cı ildə Bakı televiziya studiyası və Radioinformasiya idarəsi ayrılıqda fəaliyyət göstərirdi. 1957-ci ilin oktyabrında Mədəniyyət nazirliyinin tabeliyindən çıxarılan televiziya qurumu Radioinformasiya idarəsi ilə birləşdirildi və Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırıldı. 1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu aldı. 1991-ci ildə komitə şirkətə çevrildi. 2003-cü ilin iyun ayından Azərbaycan Dövlət Televiziyasının tərkibində olan Naxçıvan Televiziyası müstəqil yayımçı kimi fəaliyyət göstərməyə başladı. 2005-ci ildən isə Azərbaycan Prezidentinin sərəncamı ilə şirkət «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinə çevrildi.
  8.  
  9. 1956-cı ildə teleqüllənin inşası hələ başa çatmamışdı. Ona görə də Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılmışdı. 1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi. O zaman qüllənin vasitəsilə ötürülən verilişlərə yalnız paytaxtda və onun ətrafında baxmaq mümkün idi. 1960-cı ildə Bakı–Ağstafa radiorele xəttinin istismara verilməsi ilə televiziya retranslyasiya stansiyaları Göyçay–Gəncə–Ağstafa məntəqələrində fəaliyyətə başladı. Bunun nəticəsində Azərbaycanın əksər rayon mərkəzlərində və yaşayış yerlərində televiziyaya baxmaq mümkün oldu. 1961-ci ildə Gəncədə, Göyçayda və Şuşada güclü televiziya stansiyalarının işə düşməsi Bakıdan yayılan verilişləri Göygöl, Goranboy, Yevlax, Mingəçevir, Ağcabədi və Dağlıq Qarabağda maneəsiz qəbul etməyə imkan verdi. 1962-ci ilin yanvarında Naxçıvanda qurulan kiçik televiziya stansiyasının sayəsində Muxtar Respublikanın da əhalisi televiziya verilişlərini izləyə bildi. 1963-cü il martın 12-də işə düşən Naxçıvan studiyası öz proqramlarını bu stansiyanın vasitəsi ilə yerli əhaliyə nümayiş etdirməyə başladı. 1964-cü il yanvarın 31-də Bakı–Moskva radiorele xəttinin istifadəyə verilməsi ilə Azərbaycan əhalisi Moskvadakı Mərkəzi televiziyanın proqramlarına, «Intervideniye» və «Evrovidenie»nin verilişlərinə baxmaq imkanı əldə etdi.
  10.  
  11. Proqram saatının artırılması, qabaqcıl texnologiyanın rabitə və telekommunikasiya sistemində tətbiq olunması yeni teleqüllənin ucaldılmasını tələb edirdi. 1979-cu ildə Rabitə Nazirliyi Bakıda 310 metrlik teleqüllənin tikilməsi üçün fəaliyyətə başladı. Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi 1996-cı il iyunun 7-də istifadəyə verildi. 2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edildi. Bu məqsədlə Teleradio İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal TV – Up-link stansiyasını quraşdırdılar. İndi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan Avropaya "Hot Bird", Şimali Amerikaya "Galaxy 25", Asiyaya isə "Azerspace-1" peykləri vasitəsilə yayılır.
  12.  
  13. 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası «Avropa keyfiyyəti» medalına layiq görülmüşdür. 6 noyabr 2013-cü ildə 16:9 təsvir formatlı yayıma keçmişdir. 5 fevral 2018-ci il tarixindən AzTV 2 və Mədəniyyət kanalı ilə birgə HD formatlı yayıma başladı.
  14.  
  15. Azərbaycan Televiziyası 2007-ci ildən Avropa Yayım Birliyi (EBU)-nin üzvü seçilmişdir və 2007-ci ildə Avroviziya Mahnı Müsabiqəsini yayımlamışdır. 2008-ci ildə isə Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində Samir və Elnur duetiylə, "Day after Day" mahnısıyla təmsil olunmuşdur.
  16.  
  17. Xəbərlər
  18. Bazar ertəsi - Bazar: 07:00, 08:00, 09:00, 10:00, 12:00, 14:00, 17:00, 18:00, 19:00, 20:00, 00:00, 02:00
  19. AzTV-nin informasiya buraxılışı 1960-cı ildən “Günün yenilikləri” adı ilə efirə çıxıb. Hazırda “Xəbərlər” adlı informasiya buraxılışı müxtəlif illərdə “Son xəbərlər” , “Günün səsi” və “Günün ekranı” adı ilə yayımlanıb. “Xəbərlər” informasiya proqramı hər gün 11 dəfə 07:00, 08:00, 09:00, 10:00, 12:00, 14:00, 17:00, 18:00 (rus dilində), 19:00 (Region), 20:00, 00:00 və gecə 02:00-da (ingilis dilində) efirə çıxır. Bu proqramın Türkiyə, Şimali Amerika, Rusiya, İran, Ukrayna, Gürcüstan, Qazaxıstan və orta Asiya , Cin və Şərqi Asiya, Qərbi Avropa ölkələri üzrə müxbir məntəqələri mövcuddur.
  20.  
  21. "Səhər". Musiqi-informasiya proqramı
  22. Bazar ertəsi - Bazar: 07:15
  23. «Səhər» musiqili-informasiya proqramı 1995-ci ildən efirdədir. Bu proqram səhər saat 8:15-dən 10:00-a kimi efirdə canlı yayımlanır. “Psixoloq məsləhəti” , “Sənət söhbətləri”, “Qədim musiqi alətləri”, “Elmi yeniliklər”, “Yenə o bağ ...”, “Bizim şəhər”, “Qalalar”, “Xəbəriniz olsun”, “Afişa”, “Şəhərlər”, “Faydalı məsləhətlər”, “ “Səhər”in təqvimi”, “Premyera”, “Müəllif şeiri”, “Əbədi tarix”, “Həyat bilgisi”, “Dəblə geyin”, “Sağlam böyüdək” kimi bir-birindən maraqlı və rəngarəng 31 rubrika ilə tamaşaçıların görüşünə gəlir. Verilişdə hava haqqında eləcə də canlı bağlantı vasitəsilə dövlət yol polisinin gündəlik məlumatı da təqdim olunur. Teleməkanımızdakı digər səhər proqramlarının yaranmasına təkan verən bu verilişdə ölkənin tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri çıxış edirlər. «Səhər» verilişinin yaradıcı qrupu öz fəaliyyəti ilə bütün tamaşaçı təbəqəsinin zövqünü nəzərə almağa çalışır.
  24.  
  25. ===
  26. AzTV 2 — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində yaradılan, Azərbaycanın informasiya-əyləncə telekanallarından biri. Verilişləri bütün Azərbaycan ərazisində, 24 saat ərzində azərbaycan dilində aparılır. Noyabr 1992-cü il tarixində yayıma başlamışdır.
  27.  
  28. Kanal 24 saat ərzində Azərbaycan Respublikasının bütün ərazisində yayımlanır. Həftəlik yayımın ümumi həcmi 168 saat (100%) təşkil edir. Ümumi efir vaxtının 60 faizini ölkədə istehsal olunan proqramlar, 35 faizini xaricdə istehsal olunan proqramlar, 5 faizini şəxsi istehsal proqramları təşkil edir.
  29.  
  30. 4 avqust 2014-cü il tarixində 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir.
  31.  
  32. ===
  33. İdman TV — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində yaradılan, Azərbaycanın ilk idman kanalı.
  34.  
  35. İdman TV 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti şəxsi təşəbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılmışdı. Kanal 2009-cu il yanvarın 1-dən fevralın 1-nə qədər test yayımları keçirmişdir. Kanal öz tamaşaçılarına futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışları izləmək imkanı yaradır.
  36.  
  37. İdman TV kanalı bu günə kimi Azərbaycan milli futbol komandasının, Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun, İngiltərə Premyer Liqası, La Liqanın, İspaniya Kral Kubokunun, İtaliya A Seriyasının, Bundesliqanın, Ukrayna Premyer Liqasının, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının seçmə və əsas mərhələlərinin, UEFA Superkubokunun, UEFA Avropa Kubokunun, FİFA Dünya Kubokunun, Olimpiya oyunlarının və 2015 Avropa Oyunlarının oyunlarını və qarşılaşmalarını yayımlamışdır.
  38.  
  39. 1 sentyabr 2014-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir.
  40.  
  41. 12 oktyabr 2015-ci il tarixində isə 24 saatlıq yayım rejiminə, 6 noyabr 2015-ci il tarixində isə "HD" yayıma keçmişdir.
  42.  
  43. 16 sentyabr 2019-cu il tarixində "İdman Azərbaycan" olan telekanalın adı dəyişdirələrək "İdman TV" olmuşdur.
  44.  
  45. ===
  46. Mədəniyyət Televiziyası — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən kanal. Kanal 14 fevral 2011-ci il, saat 20:30-da yayıma başlamışdır. "Mədəniyyət" kanalının əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini Azərbaycanda təbliğ etməkdir. "Mədəniyyət" kanalı ölkədə təşkil olunan mədəniyyət tədbirləri ilə bağlı bütün layihələrin də ekskluziv yayım hüququna malikdir.
  47.  
  48. 1 sentyabr 2014-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir.
  49.  
  50. 5 fevral 2018-ci il tarixindən etibarən HD formatlı yayıma, 14 fevral 2018-ci ildən isə 24 saatlıq yayım rejiminə başladı.
  51.  
  52. İnsanın tərbiyə almasında, mədəni-intellektual fərd kimi formalaşmaşında ailənin rolu nə qədərdisə, millətin də millət kimi formalaşmasında, zövgünün, mədəni səviyyəsinin yüksəlməsində telekanalların funksiyası eynidir.
  53.  
  54. Azərbaycan Teleradio Verilişləri QSC-nin bazasında təzə yaranmış və qısa müddətdə tamaşaçı rəğbəti qazanmış "Mədəniyyət" kanalı məhz belə önəmli missiyanın öhdəsindən uğurla gəlir. "Mədəniyyət" kanalının əsas məqsədlərindən biri zəngin Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini Azərbaycanda təbliğ etmək, gənc nəslin bədii-estetik zövgünü formalaşdırmaqdır.
  55.  
  56. Televiziyanın zəngin qızıl fondunda milli mədəniyyətimizin , incəsənətimizin inkişafında xüsusi xidmətləri olan insanlar haqqında müxtəlif lent yazıları, görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera vətamaşalardan nadir parçalar qorunub saxlanır.
  57.  
  58. Bundan əlavə Azərbaycan Televiziyasının maddi texniki bazasının dünya standartlarına tam cavab verməsi, proqramların bütün dünyaya yayılmaq imkanı, uzun illər yığılıb-qorunan mədəniyyət nümunələrinə aid dəyərli lent yazılarının yalnız AzTV-də olmağı "Mədəniyyət" kanalının məhz Azərbaycan Televiziyasının nəzdində yaranmasını reallaşdırdı. Beləcə, "Mədəniyyət" kanali bütün dünyada seyr edilmək imkanı qazandı. Bu isə öz növbəsində mədəniyyətimizin dünya miqyasında daha geniş, möhtəşəm təbliği deməkdir. AzTV-də fəaliyyət göstərən Televiziya Akademiyası da "Mədəniyyət" kanalının peşəkar kadr potensialının təminatına rəvac verdi…
  59.  
  60. "Mədəniyyət" kanalı fəlaiyyətə başladığı gündən mədəni həyatımızın əsl carçısı olmaq vəzifəsinin öhdəsindən gələ bilib. Paytaxtımızda və ölkəmizin dilbər güşələrində təşəbbüsü ilə keçirilən bütün irimiqyaslı mədəni tədbirlər məhz "Mədəniyyət" kanalının vasitəsilə tamaşaçılara çatdırılır.
  61.  
  62. Hazırda "Mədəniyyət" kanalı elmin, maarifçiliyin , Azərbaycan dilinin , tarixinin, mədəniyyət və incəsənətinin əsl təbliğatçısına çevrilib. "Mədəniyyət" kanalının film siyasəti böyük maraq doğurur. Bu kanalda insanın mənəviyyatına mənfi təsir edən filmlərə rast gəlmək qeyri-mümkündür. Burada insanı ruhən saflaşdıran, ona ali hisslər aşılayan və dünya kinosunun inciləri sayılan filmlər nümayiş etdirilir.
  63.  
  64. ===
  65. Azərbaycan Dövlət Radiosu — Azərbaycanda radiosist.
  66.  
  67. Azərbaycan Dövlət Radiosu 6 noyabr 1926-cı ildə yaradılmışdır. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayılmışdır. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də qulaq asa bilirdilər. Bu hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Hal-hazırda Azərbaycan Dövlət Teleradio Şirkətinin tərkibinə daxil olan Azərbaycan Dövlət Radiosunun 3 proqramı və 1 səsyazma evi mövcuddur. Azərbaycan Dövlət Radiosu (indiki adıyla Radio Respublika) 105 FM dalğasında yayımlanır.
  68.  
  69. Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
  70.  
  71. Ilk dövrdə Bakı studiyası indiki Istiqlaliyyət küçəsi, 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş Ismailliyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərirdi.
  72.  
  73. Şəhər yayım şəbəkəsinin mərkəzi məntəqəsi sayılan birinci otaqda bütün divar boyu böyük lampalarla təchiz olunmuş aparatlar qoyulmuşdu. Ikinci otaq studiyaya giriş idi. Efirə çıxmaq üçün dəvət olunanlar burada öz növbəsini gözləyirdilər. Ondan sol tərəfdə kiçik bir kabinə var idi. Bu kabinədən studiyanın içərisini görmək və nəzarət etmək üçün balaca bir pəncərə açılmışdı. Pəncərənin qarşısında adi çemodanın içində qurulan aparat bir tərəfdən studiyanın mikrofonunu, digər tərəfdən isə nəqledici xətti birləşdirirdi.
  74.  
  75. Üçüncü otaqda döşəməsinə türkmən xalıları salınmış, divarları tünd yaşıl məxmərlə örtülmüş studiya yerləşirdi. Otağın yuxarı tərəfində mizin üstündə kub şəklində bir mikrofon var idi. Studiyanın ortasında "Steinway" royalı qoyulmuş, divarlar boyu stullar düzülmüşdü.
  76.  
  77. Studiyanın giriş otağından soldakı kiçik otaqda müdir, hesabdar və yazı makinasında işləyən katibə otururdular. Həmin yerdəki B-4 tipli radioqəbuledici aparatın vasitəsilə müdir radio verilişlərinin texniki keyfiyyətini yoxlayırdı.
  78.  
  79. Proqramlar zəif sayılan RV-47 stansiyası vasitəsi ilə yayımlanırdı. Studiyadan kənar 1 saatlıq veriliş yaymaq üçün 3 gün hazırlıq görülürdü.
  80.  
  81. 1929-cu ildə radiostansiya Bakı Baş Poçt-Teleqraf binasına köçdüyü üçün radio əməkdaşlarının iş şəraiti yaxşılaşır, efirdə patefondan istifadə edilməyə başlanılır, mikrofonlar, gücləndirici aparatlar təkmilləşdirilir. Həmin ilin sonuna yaxın RV-8 stansiyası istifadəyə verilir. Bundan sonra efirə gedən verilişlərin və proqramların forma və məzmununda dəyişikliklər baş verir.
  82.  
  83. 1920–25-ci illərdə yalnız Bakıda və təkcə 1 ədəd 10 kilovat gücündə qığılcımlı stansiya işləyirdisə, radionun fəaliyyətə başlamasından bir il sonra respublikada artıq 110 stasionar və 36 səyyar radio qurğusu fəaliyyət göstərirdi. 1930-cu ildə ölkədə cəmi 269 radio yayım məntəqəsi olduğu halda, 1932-ci ilin sonunda onların sayı 20409-a çatmışdı. Həmin dövrdə radio artıq mənzillərə, fəhlə klublarına ayaq açaraq mədəniyyətin inkişafında özünəməxsus rol oynamağa başladı.
  84.  
  85. 1933-cü ildə Azərbaycan radiosunun gündəlik verilişlərinin həcmi 8,5 saata çatdı. Bu dövrdə texniki vasitələrin inkişafı Azərbaycanın ucqar kənd və rayonlarının sakinlərinə də radioya qulaq asmaq imkanı yaratdı.
  86.  
  87. 1936-cı ildə Bakıda 35 kilovat gücündə yeni radio stansiyasının işə salınması ilə Azərbaycan radiosunun verilişləri Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində eşidildi.
  88.  
  89. 1940-cı ilin sonunda ölkə ərazisində radio nöqtələrinin sayı 51 minə çatdı. 32 rayonda yerli radio verilişləri redaksiyaları fəaliyyətə başladı.
  90.  
  91. 1960-cı ilin noyabrında Bakı–Ağstafa radiorele xətti istifadəyə verildi.
  92.  
  93. 1961-ci ildə Gəncə, Göyçay və Şuşada ötürücü stansiyalar işə düşdü.
  94.  
  95. Müstəqillik dövründə özəl radio kanallarının yaranması, onların FM dalğasında fəaliyyətə başlaması Azərbaycan Radiosunun da rəqabət şəraitində çalışmasına, dinləyici auditoriyasının «parçalanmasına» gətirib çıxardı. Özəl radio kanallarının çeviklik, proqram rəngarəngliyi nümayiş etdirməsi fonunda Azərbaycan Radiosu ilk baxışdan mühafizəkar ənənələrin daşıyıcısı kimi görünsə də, onun bu illərdə ədəbi dilimizin qorunmasına və saflığına xidmət etməsi amilini inkar etmək qətiyyən mümkün deyil. Amma informasiya texnologiyalarının sürətlə inkişaf etməsi istənilən sahədə, o cümlədən Azərbaycan radiosunda da texnoloji, istehsalat və yaradıcılıq dəyişikliklərinin həyata keçirilməsini labüd edirdi. Və bu gün Azərbaycan Radiosu öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Yeni üslub, dinamika və modernləşmə özünü bütün efir vaxtında hiss etdirir.
  96.  
  97. Saat 7-ə 10 dəqiqə işləyir. Efirdə xəbərlərin ilk buraxılışıdır. Radionun "Xəbərlər" redaksiyasının dinləyici auditoriyası ilə efirdə ilk görüşü bu gün bu saatdan başlayır.
  98.  
  99. Hər gün respublika radiosunun birinci proqramı ilə efirə 3 saat 30 dəqiqə material verilir. Gün ərzində saat 6.10, 7.00, 8.50-də, 11-də, 14-də, 17.02-də, 20-də və 24-də dinləyicilərə günün yenilikləri təqdim olunur. Radionun "Xəbər" proqramı əsasən operativ ampulada efirə çıxır. Baş redaksiyanın "Araz" proqramı ilə isə hər saatın əvvəlində 10 dəqiqəlik xəbərlər bülleteni səsləndirilir. Bu gün redaksiyanın apancı proqramları bir saatlıq "Səhər" informasiya proqramı, yarım saatlıq "Son xəbərlər" və "Araz"la efirə gedən "Gün keçdi" proqramı gün ərzində dinləyiciyə mühüm xəbərlərlə yanaşı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, ekoloji, mədəni və idman həyatından operativ məlumatlar verir, təhlil və analitik materiallarla sərbəst fikir və mülahizələr söyləyir.
  100.  
  101. "Araz"ın "Gün keçdi" proqramı Radio verilişləri şəbəkəsində xüsusi yer tutur. Hər axşam 30 dəqiqə efirdə olan bu proqramın müasir informasiya ritmini tutan, məlumatları orijinal təqdimetmə üslubu və dinləyiciyə xoş gələn şərh manerası var. Məhz bu xüsusiyyətlərinə və digər müsbət fərqli cəhətlərinə görə "Gün keçdi" proqramı dinləyicilər tərəfindən maraqla qarşılanır. Xatırladaq ki, bu proqram hər gün Radionun birinci proqramı və saat 23-də və elə həmin gün saat 22-də "Araz"la efirə çıxır. Ümumiyyətlə, "Araz" proqramı efirə hər gün 3 saata yaxın veriliş verir.
  102.  
  103. Radionun informasiya tarixində müstəsna rolu olan "Son xəbərlər" uzun illər auditoriyasını saxlayan proqramdır. Hər axşam saat 20-də 30 dəqiqə efirdə olan "Son xəbərlər" dinləyicilərə günün mühüm hadisələri, eləcə də dünyada baş verən son yeniliklər barədə məlumatlara və aktual mövzuda lent yazılarına üstünlük verir. Redaksiya heyəti proqramın yığcam olmasına istər lent yazılarında, istərsə də xəbərlərdə hadisənin mahiyyətini açmağa çalışır.
  104.  
  105. "Səhər" informasiya proqramı həcminə və mövzusunun əhatə dairəsinə görə baş redaksiyanın proqramı sayılır. 1989-cu ildən hər gün səhər saat 7-dən 8-ədək birinci proqramla, saat 8-dən 9-dək "Araz"la efirdə olan "Səhər" inforamasiya proqramı günün rəsmi xronikası ilə yanaşı, ölkəmizin həyatında müstəsna əhəmiyyəti olan hadisələrin təhlili və təqdimatını operativ əks etdirir.
  106.  
  107. ===
  108. Radio 90FM — Azərbaycanda fəaliyyət göstərən radiostansiya. “Radio 90FM”nun yayımı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tərəfindən bütün ölkə üzrə həyata keçirilir və Abşeron Yarımadasında 90.0 FM dalğasında yayımlanır. İlk yayımı 2006-cı il yanvarın 10-da həyata keçirilmişdir.
  109.  
  110. Stansiyada xəbərlər və analitik proqramları, populyar musiqi və əyləncəli verilişlər yayımlanır.
  111.  
  112. Azərbaycan Radiosunun xəbərlər və analitik proqramlar departamentinin hazırladığı “Xəbər vaxtı” həftənin hər gün 18 xəbər buraxılışı hər sааtın tаmаmındа (06.00-00.00) ilə öz dinləyicilərinə operativ informasiyalar çatdırır. “Xəbər vaxtı” saat 19:00 rus dilində, 00:00-də isə ingilis dilində xəbərlərlə dünyada və ölkəmizdə baş verən ən mühüm hadisələrlə öz dinləyicilərini tanış edir. Xəbərlərlə yanaşı bu departamentdə analitik veriliş də yayımlanır. “Diqqət mərkəzi” adlı bu verilişdə həftənin 5 günü - bazar ertəsindən cümə gününə qədər - saat 17:10- da respublikamızda və dünyada baş verən ən aktual hadisələr tanınmış ictimai-siyasi xadimlərin, dövlət və hökümət nümayəndələrinin, həmçinin ekspertlərin iştirakı ilə müzakirə olunur.
Advertisement
Add Comment
Please, Sign In to add comment
Advertisement