Advertisement
PatrZDZ

Fiktiv Azerbaijan - Azad Azerbaijan

Nov 12th, 2020
191
0
Never
Not a member of Pastebin yet? Sign Up, it unlocks many cool features!
text 6.67 KB | None | 0 0
  1. Azad Azərbaycan — 25 dekabr 2000-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri.
  2.  
  3. "Azad Azərbaycan Teleradio Yayım Şirkəti" 13 may 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 25 dekabr 2000-ci il tarixində isə yayıma başlamışdır. İlk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edirdi. Lakin 2002-ci ildən "Son Xəbər" adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlamışdır.
  4.  
  5. 31 dekabr 2007-ci il tarixinə qədər azərbaycanca verilişlərlə yanaşı rusca verilişlər də (Russkie Zvyozdı) yayımlayırdı. Sonradan MTRŞ-nin qəbul etdiyi qanuna görə 2008-ci ildə tamamilə Azərbaycan dilində yayıma keçmişdir. 2009-cu ilin oktyabrında ATV International adlı qardaş kanalı yayıma başlamışdı. 2011-ci ildə telekanalda əsaslı dəyişikliklər başladı. Telekanalın rəhbərliyi dəyişdi. Həmçinin kanalın 10 ildən çox müddəti olan loqotipi də 10 may 2011-ci il tarixində dəyişdirildi. 2012-ci il sentyabr ayından tamamilə yeniləndi. Verilişlərin məzmunu, keyfiyyəti yaxşılaşdı. Televiziyanın sutkalıq yayımı 24 saata çatdırıldı. Televiziyanın ümumi efir vaxtının 93 faizini şəxsi istehsal proqramları (verilişlər və yerli seriallar), 4 faizini xaricdə istehsal olunan filmlər, 3 faizini isə reklam materialları təşkil etməyə başladı. Telekanalın təsvir formatı 15 sentyabr 2015-ci il tarixində 4:3 formatından 16:9 formatlı yayım keçirilmişdir.
  6.  
  7. 21 dekabr 2015-ci il tarixində "ATV Plus"da "HD" yayıma başlamışdır. "Azad Azərbaycan HD" kanalının tezliklə ölkənin hər yerindən izlənilməsi imkanı gözlənilir.
  8.  
  9. 4 yanvar 2016-cı il tarixindən etibarən Rusiyanın "NTV Plus" kabel televiziyasında yayımlanır.
  10.  
  11. Son Xəbər
  12. Bazar ertəsi - Cümə: 09:00, 14:00, 18:00, 21:00, 00:00
  13. Şənbə - Bazar: 14:00, 21:00
  14. "Son Xəbər" Azad Azərbaycan televiziyasının əsas informasiya proqramıdır. Həftənin 7 günü Azərbaycanda və dünyada baş vermiş ictimai-siyasi, iqtisadi, mədəni prosesləri geniş tamaşaçı auditoriyasına təqdim edir.
  15.  
  16. ATV Səhər
  17. Bazar ertəsi - Cümə: 07:00
  18. “ATV Səhər” verilişi informativ-əyləncəli proqram janrında təqdim olunur. Ölkədə və dünyada baş verən ən son xəbərləri, havanın necə keçəcəyini, manatın və xarici valyutanın məzənnəsini, faydalı məsləhətləri, təqvimin ən yadda qalan hadisələrini, ən maraqlı idman və avtomobil xəbərlərini hamıdan əvvəl bilmək istəyən tamaşaçılar - günə məhz ATV-Səhərlə başlayın. Proqramın məqsədi səhərin erkən vaxtlarında insanları pozitiv əhvala kökləmək, günə uğurlu, sağlam və faydalı başlanğıcı təmin etməkdir. Verlişin ikinci hissəsinə tamaşaçıların sevdiyi qonaqlar dəvət olunur. Bir sözlə, sevilən qonaqların və aparıcıların maraqlı, şən əhvala köklənən söhbətlərini də günün uğurlu başlanğıcı olan – "ATV Səhərdə" tapa bilərsiniz.
  19.  
  20. ===
  21. ATV Cinema - 3 May 2016-cı il tarixində Azərbaycanda özəl kanallardan biridir, film və seriallar yayımlayır. ATV Cinema, ən yaxşı milli və beynəlxalq filmlərin yanında ATV-nin istehsal etdiyi ən populyar serialları təqdim edir.
  22.  
  23. ===
  24. ATV Vivace — 18 sentyabr 2016-cı il tarixində ATV Classic adı altında fəaliyyətə başlayan, Azərbaycanın özəl kanallarından biri.
  25.  
  26. Azad Azərbaycan Müstəqil Teleradio Yayım şirkətinin layihələrindən biridir. Azərbaycan və dünya klassik musiqisinin, ölkədə təbliğatı və tanınmasında mühüm rola malikdir. ATV Vivace nəinki operanın beşiyi olan Azərbaycanda, eləcə də Qafqazda və Şərqdə ilk klassik musiqi kanalıdır.
  27.  
  28. İnsan ruhunu oxşayan klassik musiqini səsləndirməklə daxili harmoniyanı, klassik musiqiyə olan tələbatı ödəmək bu kanalının üzərinə düşür. 24 saat yayımlanan kanalda həm Azərbaycan, həm də dünya klassiklərinin əsərləri səslənir. Xarici teleşirkətlərlə əməkdaşlıq nəticəsində ərsəyə gəlmişdir.
  29.  
  30. ===
  31. Azad Azerbaijan International — 2009-cu ildə fəaliyyətə başlayıb, Azərbaycanın ilk beynəlxalq telekanalı.
  32.  
  33. ATV International 2009-cu ilin oktyabr ayının 5-də "Hotbird 13" peykində test yayımına başladı. Həmin vaxt kanalın işçi heyətini formalaşdırmaq çətin olduğundan Azad Azərbaycan TV-də tez-tez bu kanalla əlaqədar iş elanı verilirdi. Test yayımı müddətində əsasən filmlər yayımlayırdı. 29 dekabr 2009-cu il tarixində əsas yayıma keçmişdir. Telekanalda xəbərlər 4 dildə - ingilis, rus, fars və erməni dillərində yayımlanır. Filmlər isə original dillərində nümayiş olunur.
  34.  
  35. ===
  36. 106.00 FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio.
  37.  
  38. «106.00 FM» Radiosu 5 mart 1999-cu il tarixdə «Azad Azərbaycan» Teleradio Kompaniyası tərəfindən yaradılmışdır. «106.00 FM» Radiosunun əsas məqsəd və vəzifələri musiqi, şou xəbər və tok-şou proqramları hazırlamaqdır. «106.00 FM» MHz yayım tezliyində 24 saat ərzində fəaliyyət göstərir.
  39.  
  40. Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2011-ci il tarixli qərarı ilə «Azad Azərbaycan» Teleradio Kompaniyasının radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti uzadılmışdır.
  41.  
  42. ===
  43. Azad Azərbaycan Radiosu — Azərbaycanda radio.
  44.  
  45. "Azad Azərbaycan" radiosu 28 may 1998-ci ildən fəaliyyət göstərir. Təsisçisi "Azad Azərbaycan" Teleradio Yayımı şirkətidir. "Azad Azərbaycan" radiosu 106.3 MHz FM tezliyində, AzərSpace 46 11175 MHz H 27500kbt yayımlanır. Gün ərzində 24 saat yayımlanın radionun verilişləri dünya azərbaycanlıları və azərbaycan dilini bilən dinləyicilər üçün nəzərdə tutulmuşdur.
  46.  
  47. Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2005-ci il tarixli qərarı ilə "Azad Azərbaycan" Teleradio Kompaniyasının radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti müddətinə uzadılmışdır.
  48.  
  49. ===
  50. "Azad Azərbaycan" qəzeti — Azərbaycanda 1998-ci ildən çap olunan qəzet.
  51.  
  52. ===
  53. ATV Plus — 16 avqust 2013-cü il tarixində fəaliyyətə başlamış efir-kabel televiziyası. Azad Azərbaycan Teleradio Yayım şirkətinin tabeliyindədir. Yayım, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyinin “Teleqüllə” Müəssisəsindən aparılır. Bakı, Sumqayıt və Abşeron yarımadasının ərazisində yaşayan sakinlər bu xidmətə qoşula bilərlər. 2014-cü ilin sonuna kimi kanalların sayının 120-yə çatdırılacağı gözlənilir.
Advertisement
Add Comment
Please, Sign In to add comment
Advertisement