Advertisement
PatrZDZ

Fiktiv Azerbaijan - ANS Group

Nov 12th, 2020 (edited)
253
0
Never
Not a member of Pastebin yet? Sign Up, it unlocks many cool features!
text 14.85 KB | None | 0 0
  1. ANS (Azerbaijan News Service) – Azərbaycanda ilk özəl və ilk xəbər televiziya kanalıdır. Sonralar telekanal əsasında fəaliyyət dairəsini çap və kommersiya məhsullarına genişləndirmiş şirkətə çevrilmişdir.
  2.  
  3. Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi ANS 90-cı illərin əvvəllərində əhali arasında geniş nüfuza malik olmuşdur. Azərbaycanın vətənpərvər gənclərinin Qarabağ döyüşlərindəki qəhrəmanlıqlarını və Xocalı soyqırımını lentə alıb tarixin yaddaşına salan jurnalsitlər də məhz bu şirkətdə çalışmışdılar. Vahid - Seyfulla Mustafayevlər və Mirşahin Ağayev Azərbaycan qəzetində tanış olmuşdular. 1991-ci ildə 3 nəfər gənc Azərbaycanlı jurnalist, Vahid, Seyfulla Mustafayev qardaşları və Mirşahin Ağayev tərəfindən Azərbaycanda fəaliyyət göstərən ilk müstəqil televiziya şirkəti kimi yaradılmışdır. İlk dəfə 1991-ci ilin 26 noyabr tarixində "Xəbərçi" verilişi ilə efirə çıxmışdı. İlk yayım günündə aparıcı Mirşahin Ağayev idi. Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirərək 1992-ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar.
  4.  
  5. Televiziya kimi onların ilk reportajları cəbhə xəttində baş verənlər idi. Yarandığı vaxtdan bu günə kimi ANS, Qarabağ müharibəsi, Xocalı soyqırımı, AXCP tərəfdarlarının "istefa" səsləri ilə Milli Məclis binasına silahla basqın etməsi və Ayaz Mütəllibovun istefası, Bakı metrosunda partlayışlar və metrodakı yanğını, 1994 və 1995-ci ildə dövlət çevrilişinə cəhdlər, Neft Akademiyasındakı terror, Əfqanıstan, Çeçenistan, İnquşetiya, İraq, Gürcüstan, Misir və Türkiyə kimi ölkələrdə baş verən münaqişə və qarşıdurmalar kimi məsələlər ANS-in tarixində böyük yerə sahibdir. Məhz bu hadisələr BBC, CNN, Euronews, CBS, NBC, NHK, ITN, TBS, ZDF, RAI, ARD, WTN, RTL, Amerikanın Səsi, Azadlıq Radiosu və Rusiya, İsveç, Səudiyyə Ərəbistanı, Türkiyə kimi ölkələrin media qurumlarının marağına səbəb olmuş və ANS-lə əməkdaşlıq etmişlər
  6.  
  7. ANS-ə ən çox məşhurluq gətirən isə Qarabağ müharibəsi zamanı cəbhə xəttindən apardıqları çəkilişlər və Çingiz Mustafayevin Xocalı soyqırımından 1 gün sonra çəkdiyi tarixi kadrlar olmuşdur.
  8.  
  9. 1992-ci ildə Xəbərçi verilişinin bəzi buraxılışlarında ermənilərin baş verənlərdən doğru xəbərləri olsun deyə erməni dilində sujetlər yayımlanırdı. Bu məsələ bəzi partiyalar tərəfindən etirazla qarşılanmışdı. Artıq həmin il ANS-in efirində reklamlar yayımlanırdı. O ildə televiziyanın fəaliyyəti bir müddət dayandı. O ildə jurnalist Çingiz Mustafayev Azərbaycan Televiziyasında çıxış edərək Şuşanın işğal xəbərini çatdırmaq istəyirdi. Lakin Müdafiə Nazirliyinin əməkdaşları verilişin efirə çıxmaması üçün əllərindən gələni edirdilər. Çingiz çıxış yolunu ANS-də gördü və ANS-in efirinə çıxıb "nə qədər çətin də olsa bilməliyik ki, Şuşa mayın 8-dən ermənilərin əlindədir" deyərək xalqı Şuşanın işğalından xəbərdar etdi.
  10.  
  11. 1996-cı ildə ANS-DX (Data Xchange) İnternet xidmətinin əməkdaşları teleşirkətin internet səhifəsini (www.ans-dx.com) hazırladılar. Eyni ildə ANS müəllif hüquqlarının qorunması ilə bağlı kampaniyaya başlamışdı. "MTV"nin köməyi ilə dünyanın məhşur ulduzları, həmçinin "MTV"nin əməkdaşları Bakıya gəldilər və prezident Heydər Əliyev ilə görüşmək istədilər. Bu görüşü də ANS təşkil etdi. Görüşdə Heydər Əliyev ANS-in vacibliyini və gördüyü işləri də qonaqların diqqətinə çatdırdı.
  12.  
  13. 2000-ci ilin sentyabrın 12-də, saat 23:45-dən etibarən Azərbaycan televiziya tarixində ilk dəfə dünyanın nüfuzlu futbol turnirlərindən hesab olunan Çempionlar Liqasının oyunları ANS kanalını izləyə bilən tamaşaçılara yayımlandı. Yayım, UEFA-nın razılığılə, Avropada futbol oyunlarının Yayımlanması Şirkətilə ANS kanalı arasında bağlanan müqaviləyə əsasən həyata keçirilirdi. 2009-cu ildə bu hüquq Lider TV-yə keçdi. Həmin ilin noyabr ayının 25-də hazırlıqlar var idi. Çünki növbəti gün Azadlıq meydanında təşkil olunacaq konsertlə ANS 9 yaşını qeyd edəcəkdi. O axşam Bakıda zəlzələ baş verdi. O çətin gecədə ANS işində idi və xalqı məlumatsız qoymadı.
  14.  
  15. 1 fevral 1996-сı il tarixində saat 7:00-da "Salam" verilişinin başlaması ilə ANS TV-nin gündüz efiri də başlamış oldu. 2000-ci ilin yanvar ayında Salyanda ANS TV-nin ilk regional ötürücü mərkəzi quruldu, ANS TV-nin auditoriyası Aran bölgəsi rayonlarına qədər genişləndi. Növbəti bu qəbildən olan mərkəz sentyabrda Cəlilabadda yaradıldı. Noyabrda Respublikanın üç məntəqəsində Mərəzədə, Şamaxıda və Xızıda ötürücü mərkəz quruldu. Dekabr ayı İvanovkada belə bir mərkəzin qurulması ilə yadda qalan oldu. 2001-ci ilin yanvar ayında Xaçmazda ötürücü mərkəzin yaradılması ilə şimal rayonlarının sakinləri indi daha keyfiyyətli siqnal qəbul edir. Lənkəranda isə belə ötürücü mərkəz həmin ilin iyulunda yaradıldı. ANS Müstəqil Yayım və Mediya Şirkəti sentyabrın 10-u 2002-ci ildən etibarən peyk vasitəsilə yayıma başlayıb. 2002-ci ilin sentyabr ayında Göygöl, Şəki və Quba rayonlarında ötürücü mərkəzlər qurularaq əhatə dairəsi daha da genişləndirildi. 2009-cu ildə rəqəmsal yayıma keçmişdir. 2013-cü ilin iyul ayından isə Azerspace-1 peyki vasitəsilə də yayımlanır. ANS TV və ANS ÇM bütün ölkə ərazisində yayımlanmaqla yanaşı Azerspace-1 və Türksat 3A peyki üzərindən Orta Asiya, Yaxın Şərq, Avropa, Şimali Afrika ölkələrində və Rusiyanın böyük bir hissəsində yayımlanır. Teleşirkətin Rusiya, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstanda nümayəndəlikləri var. 21 aprel 2014-cü ildə isə buna biri də əlavə olundu: ANS İranda fəaliyyət göstərmək üçün xüsusi razılıq (lisenziya) əldə etdi.
  16.  
  17. 18 may 2012-ci il tarixində 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir, 18 iyul 2016-cı il tarixində isə "HD" yayıma keçmişdir.
  18.  
  19. Xəbərçi
  20. Bazar ertəsi - Bazar: 12:00, 15:00, 18:00, 21:00, 00:00
  21. Çevik soraq "Xəbərçi" nin alnına yazılıb. Hadisə yerinə "Təcili yardım" və polisdən tez çatan xəbərçilər 30 ildən artıqdır, xəbər məkanında şəriksiz liderdirlər. Gecənin-gündüzün istənilən çağında ANS iş başındadır. Hadisə baş verdiyi yerdən asılı olmayaraq, "Xəbərçi" birinci xəbər tutur. Birbaşa bağlantılar,qərəzsiz yanaşmalar, məsələnin kökünə bələd müsahiblər... Ölkəmizdə səfərdə olan dünyanın ən məşhur ictimai-siyasi xadimlərinin qarşısında ANS-in mikrofonunu görürsünüz. Yaxında, uzaqda baş verən ən dolaşıq məsələlərin həlini ANS ortaya qoyur. Ən düzgün xəbərin sahibi "Xəbərçi"dir. Tamaşaçı ona güvənir və onu gözləyir. Çünki "Xəbərçi"nin çatdırdığı xəbərlər tərəfsiz , qərərzsiz və vicdanlıdır. Necə deyərlər: "Xəbəri ver Xəbərçi"-yə, bir xəbər də üstəlik..."
  22.  
  23. İç Xəbər
  24. Bazar ertəsi - Cümə: 15:30, 23:00
  25. 7-dən 77-yə işi düyünə düşən, müvafiq orqanların qapılarına ayaq döyməkdən cana gələn və ən nəhayət əli hər yerdən üzülən kəslər "İç Xəbər"ə pənah gətirir, "İç Xəbər"dən kömək umur. Qələmlə silahlanıb məktublara ürəyini boşaldanlar dasay azlığı təşkil etmir. Bu illər ərzində "İç Xəbər"in dadına çatdığı insanlar saya-hesaba gəlməz. İstənilən problemlə üzləşən hər bir kəsə "İç Xəbər"ə zəng vur və ya məktub yaz!" deyə məsləhət görürlər. Gündə 2 dəfə yayımlanan bu veriliş ən qaynar hadisələrin baş verdiyi yerlərdən hazırlanır. Sadə adamların hər gün üzləşdiyi problemlər, onların taleyinə biganə yanaşanlar, öz səlahiyyətlərindən ya istifadə etməyən, ya da sui-istifadə edənlər "İç Xəbər"in hədəfindədir.
  26.  
  27. Növbətçi
  28. Bazar ertəsi - Cümə: 14:40, 23:35
  29. "Növbətçi" verilişi 9 yanvar 2006-cı ildə ilk dəfə efirə çıxıb. 2007-ci ilə qədər veriliş həftə içi hər gün axşam saat 23:35-də yayımlanıb. 2007-ci ilin sentyabr ayından isə "Növbətçi" verilişi həftə içi hər gün günorta saat 14:40-da, axşam isə saat 23:35-də efirdə olur. Verilişdə gün ərzində paytaxtda, eləcə də əyalətdə baş verən ən son kriminal hadisələr haqqında materiallar təqdim olunur. Gecə və gündüz "Növbətçi"-nin daim növbədə olan əməkdaşları ölkədə baş verən yol qəzaları, qətllər, yanğınlar, partlayışlar, oğurluq, quldurluq, soyğunçuluq, bıçaqlanma və digər bu kimi kriminal hadisələri lentə alaraq, hazırlayıb tamaşaçılara təqdim edir. Həftə içi hər gün "Növbətçi" verilişində təqdim olunan ölkədə baş vermiş kriminal hadisələri ekran qarşısında əyləşib izləmək istəyirsinizsə odur ki, çalışın cinayətdən və cinayətkarlardan hər zaman uzaq olun...
  30.  
  31. Salam, Azərbaycan!
  32. Bazar ertəsi - Cümə: 07:00
  33. "Salam, Azərbaycan!" maarifləndirici-informasiya kanalı əhalinin orta məktəb məzunları, tələbələr, orta və yaşlı təbəqəsi üçün nəzərdə tutulub. Proqramda təqdim olunan sujet və rubrikalardakı mövzular tamaşaçıların maraq və problemlərini əks etdirir. Bu rubrikalara faydalı məsləhətlər, ailə vəkili, sosial şəbəkə, Top3-həftə ərzində tamaşaçı tərəfindən bəyənilmiş 3 ən yaxşı süjet daxildir. "Salam Azərbaycan!" həftə içi hər gün, şənbə-bazar günləri istisna olmaqla, saat 07:00-dan 10:00-dək yayımlanır. Verilişdə hər saatda ölkədə və dünyada baş vermiş ictimai-siyasi hadisələr əhatə edən xəbərlər, idman rubrikası və hava proqnozu da yer tutur. Bundan əlavə, günün mövzusu təyin olunur ki, bu da, ictimai-siyasi mövzudan tutmuş sosial və mədəniyyət mövzularınadək hər bir sahəni əhatə edir.
  34.  
  35. ===
  36. ANS Plus - 15 mart 2018-ci ildə yaradılan "ANS Qrupu" MMC-nin ikinci kanalı, həmçinin Azərbaycanda fəaliyyət göstərən ilk xəbər kanalı. Hal-hazırda ANS Plus-ı yalnız Azərbaycanın bütün peyk və kabel şəbəkələrində deyil, həm də adi televizor antennaları vasitəsilə izləmək mümkündür.
  37.  
  38. Əvvəlcə, 28 fevral 2018-ci ildən etibarən peyk televiziyası ilə fəaliyyətə başlayır. Həmin gün “ANS Plus” adlandırılacaq ANS-in ikinci kanalın yayımı üçün texniki işlər artıq başa çatıb.
  39.  
  40. 5 mart 2018-ci ildə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Həmin iclasda “ANS Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “ANS Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. Həmin gün test yayımına başladı. “ANS Qrupu"-nin peyk yayımına başlayacağı tarix məlum olub. Milli Televiziya və Radio Şurasının aparat rəhbəri deyir ki, “ANS Qrupu"-nin martın 12-dən sonra “Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulurdu.
  41.  
  42. Nəhayət, 15 mart 2018-ci il saat 07:00-də Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə əsas yayıma başladı.
  43.  
  44. 2018-ci il martın 15-dən sentyabrın 16-dək ANS Plus 19 saat ərzində (saat 07:00-dən 01:00-yədək) tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edirdi.
  45.  
  46. 17 sentyabr 2018-ci ildən artıq 24 saatlıq yayıma keçdi.
  47.  
  48. 2019-ci il aprelin 23-də Milli Televiziya və Radio Şurasının iclasında daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “ANS Qrupu” MMC ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqənin qalibi elan edilib və ona 37-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
  49.  
  50. 10 may 2019-cu ildə ANS Plus Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) respublika ərazisində fəaliyyət göstərən radio-televiziya yayım stansiyaları vasitəsilə, o cümlədən Bakı şəhəri və Abşeron yarımadası ərazisində 48-ci TV kanalda SD, 37-ci TV kanalda isə HD formatında proqramının DVB-T standartında ümümrespublika yayımına başlayıb.
  51.  
  52. ANS Plus həm Azərbaycanda ən operativ təhlil və informasiya mərkəzi olmaqla, həm də informasiya mühitində öz standartlarını diktə edən qurumdur. ANS Plus təkcə Azərbaycanın auditoriyasında deyil, həm də bütün dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. Televiziyada gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi, təhlili izləyicilərə təqdim olunur. Kanalda öz işinin peşəkarları çalışır.
  53.  
  54. ===
  55. ANS ÇM Radiosu — Azərbaycanda ilk özə radio kanalı.
  56.  
  57. 1994-cü ilin mayın 28-də Azərbaycanın müstəqilliyi günündə "ANS ÇM" radiostansiyası efirə çıxdı. Stansiya, Zoologiya İnstitutunun binasında kirayəyə götürülmüş kiçik bir otaqda fəaliyyət göstərirdi. Radio stansiyaya Vahid və Seyfulla Mustafayevlərin qardaşı Çingiz Mustafayevin adı verilib. ANS ÇM Radiosunun həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir.
  58.  
  59. Milli Televiziya və Radio Şurasının 27 aprel 2007-ci il tarixli qərarı ilə "ANS" Müstəqil Yayım və Media Şirkətinə radio yayımı müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
  60.  
  61. 102.0 FM, son 25 ildə keyfiyyətli və peşəkar fəaliyyətin paraqrafına çevrildi. ANS ÇM Radiosu ən yaxşı Azərbaycan disk jokeyləri, ən son hitlər, yüksək ruhlar, maraqlı müsabiqələr və rubrikalar, qiymətli hədiyyələr və hədiyyələr deməkdir; peşəkar şəkildə təqdim olunan siyasi, şou-biznes, idman xəbərləri dəqiq, qərəzsiz və dürüstdür.
  62.  
  63. ANS ÇM Radiosu, son xəbərlərin köməkçisi olmaq deməkdir. Əldə edilmiş bütün uğurların qabaqcıllarından sayıla bilər. Məhz bu stansiya Qafqazda ilk dəfə caz, klassik və alternativ musiqini yayımladı.
  64.  
  65. Hər saatın əvvəlində ANS ÇM-də dünyada və Azərbaycanda baş verən xəbərlərdən agah olun. Saatın tamamında gedəcək xəbərlərin qısa anonsu saat yarım yarısında yayımlanır.
Advertisement
Add Comment
Please, Sign In to add comment
Advertisement